Xırdalan sakinlərinə şad xəbər - kanalizasiya sistemləri yenilənir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Xırdalan sakinlərinə şad xəbər - kanalizasiya sistemləri yenilənir

Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinə qədər olan hissədə “Azərsu” ASC tərəfindən su təhizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə əlaqədar yollar bağlanıb.

Median.Az
-ın məlumatına görə, bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin şöbə müdiri Fuad Təhməzov məlumat verib. O bildirib ki, layihə Azərbaycan və Səudiyyə İnkişaf Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilir:

“2035-ci il üçün perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfər şəhər əhalisinin 24 saat fasiləsiz su ilə təmin olunmasına hesablanan layihənin icrasına 2017-ci ilin iyun ayında başlanılıb. Mərhələli şəkildə aparılan işlərin cari ilin dekar ayında tamamlanması gözlənilir. Layihə çərçivəsində şəhər ərazisində 170 km su şəbəkəsinin çəkilməsi nəzərdə tutulub. Hazırda onun 145 km-lik su şəbəkəsinin (təxminən işlərin 85 faizi) çəkilməsi demək olar ki, yekunlaşdırılıb. Bundan başqa nəzərdə tutulan 109 km-lik kanalizasiya şəbəkəsinin də 78 km-lik hissəsinin çəkilişi tam şəkildə başa çatıb”.

Onun sözlərinə görə, şəhər şəbəkəsinin dayanıqlı su ilə təmin edilməsi üçün Xırdalan şəhər ərazisində iki su anbarı da inşa edilir:

“Dayanıqlı su təminatı üçün hər birinin tutumu 10 min kub olan iki ədəd su anbarının inşası işləri davam edir. Anbarlardan birində işlərin 95 faizi, digərində isə 60 faizi demək olar ki, tamamlanmaq üzrədir”.

F.Təhməzov 8 min 8 yüz abonentin su sayağacı ilə təmin olunduğunu da diqqətə çatdırıb:

“Layihə üzrə 15 min abonentə su sayğacının quraşdırılması nəzərdə tutulub. Onlardan 8 min 800-ü artıq quraşdırılıb. Su şəbəkəsinin təqribən 60 km-lik hissəsində əhali artıq 24 saat fasiləsiz su ilə təmin olunub”.

Xırdalanda asfalt küçələrinin bərpası isə sentyabr ayının 15-nə qədər tamamlanıb şəhər əhalisinin istifadəsinə veriləcək:

“Asfalt yollarla bağlı tikinti işləri mərhələli şəkildə aparılır. Əvvəlcə kanalizasiya xətləri, su şəbəkəsi və digər işlər ardıcıllıqla tamamlanacaq. Daha sonra asfalt örtüyünün çəkilməsinə başlanılacaq. Dərs ilinin başlanmasını nəzərə alaraq Heydər Əliyev prospektində işlərin sentyabr ayına qədər yekunlaşması planlaşdırılır. Digər küçələrdə isə demək olar ki, görülən işlər artıq bitmək üzrədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            972 31.07.19 23:17