Bu limonadları almayın: Sağlamlıq üçün təhlükəlidir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bu limonadları almayın: Sağlamlıq üçün təhlükəlidir - FOTO

Balakən və Şəmkir rayonlarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Qaysa kəndində yerləşən, Xoçberov Şaban İbrahim oğluna məxsus sexdə "Alazan” əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonu, Səməd Vurğun küçəsi, ev 5 ünvanında yerləşən, Məmmədov Yusif Sədi oğluna məxsus sexdə isə "Mimino”, "Okey”, "Qrand”, "Vitoland”, "Gold Natura” əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.

Baxış zamanı sexlərdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Məlum olub ki, istehsalda istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlər görülmür və dövri müayinəsi aparılmır. Eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexlərin fəaliyyəti məhdudlaşdırılıb.
 

 

 

 

 
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 260 26.07.19 18:25