Kürdəmir rayonunda 14 yaşlı yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən parklardan birində qeydə alınıb. Belə ki, şəhərin H.Cavid küçəsi sakini 2005-ci il təvəllüdlü Əhmədov Məhəmməd Ramil oğlu qapalı kəllə beyin travması diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.