Müəllimlərin builki işə qəbulu imtahanlarında 33 nəfərin imtahan nəticəsi ləğv edilib.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, namizədlər arasında ən çox pozuntu halı köçürməyə cəhd, yanındakı şəxslə danışması olub:
“Digər geniş yayılmış nöqsan başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtahana qatılmaqdır. Bundan əlavə, xüsusi radiotexniki qurğular da keçməyə cəhd edənlər də olub”.