Bakıda 17 yaşlı qız canına qəsd etməyə çalışıb.
Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat veriblər.
Bildirilib ki, hadisə iyulun 24-də, saat 12:30-da Binə qəsəbəsi ərazisində, mərkəzi yolda yerləşən körpüdə qeydə alınıb. Şahidlərin gözü önündə qız özünü körpüdən atıb. Xoşbəxtlikdən o, sağ qalıb. Lakin 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri xəsarət almış qızın vəziyyətini ağır qiymətləndirirlər.
Məlum olub ki, intihara cəhd edən şəxs sözügedən qəsəbənin sakini Şərbətova Nüşabə Natiq qızıdır. Onu intihara sövq edən səbəblər barədə hələ məlumat verilmir.