Daha bir park biabırçılığı: təhlükə su ilə bədənimizə keçir, 20-30 il yaşayır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Daha bir park biabırçılığı: təhlükə su ilə bədənimizə keçir, 20-30 il yaşayır - FOTO

Bakı və ümumiyyətlə, ölkədəki parklarda mütəmadi olaraq müşahidə olunan natəmizlik yay aylarında daha geniş vüsət alır. Belə ki, tez-tez insanların istirahət etdiyi məkanların vətəndaşlar tərəfindən çirkləndirilməsi halları ilə rastlaşırıq.

Oxu.az-ın redaksiyasına Xırdalan parkındakı acınacaqlı vəziyyəti əks etdirən fotolar göndərilib.

Görüntülərdə parka istirahət üçün gələnlərin tum qabığını, su qabını yerə atdığı əsk olunub.

Məsələ barədə ekoloq Vaqif Əliyevlə əlaqə saxladıq.

Ekoloq parkları zibilləyənlərin cəzalandırılmalı olduğunu hesab edir:

“Bu cür natəmizliyi görəndə, sadəcə, təəssüflənirəm. Məişət tullantısını parklara atmaq düzgün deyil. Digər insanların istirahətinə mane olur. Parkları zibilləyənlər cəzalandırılmalıdır. Hələlik belə bir mexanizm yoxdur.

Məişət tullantılarının içində plastik qablar olur ki, heç nə ilə parçalanmır, yalnız utilizasiyası mümkündür. Bəzən onlar yandırılır və deaktin mənbəyinə çevrilir. Bu maddə su ilə qidamıza keçir, bədənimizdə 20-30 il yaşayır və insan sağlamlığı üçün təhlükə yaradır”.

Ekoloq qeyd edir ki, parklarda olan natəmizlik uşaqların sağlamlığı üçün təhlükəlidir:

“İnsanlar təmizliyə riayət etsələr, parklarda bu cür natəmiz vəziyyət yaranmaz. Bu kimi halların qarşısını almaq üçün qanunların icrası sərtləşdirilməlidir”.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 216 25.07.19 13:15