“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar”

Quba rayonunda yerləşən "Aynur" restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar: "Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik. Bundan sonra fırıldaqla məşğul olmağa başladılar. Bir şişdə 3 lülə vermək əvəzinə 2 tikə lülə gətirdilər. Qonağın yanında biabır olmamaq üçün səsimizi çıxarmadıq. Əlavə kabab sifariş edəndə isə 1 tikə lüləni 4 yerə bölüb "buyurun, bu da lüləniz" dedilər. Ərəb qonağımız əsəbdən yemək yemədən masadan qalxdı və gedib başqa oteldə özünə otaq tutdu".

İ. Yusifli əlavə edib ki, restoranda müdiriyyət işçilərin üstünə müştərilərin yanında qışqıraraq onlarla kobud davranıb.

"Aynur" istirahət mərkəzinin administratoru Ziya Əliyev isə açıqlamasında bu iddiaları təkzib edib:

"Elə şey yoxdur, onu kim deyirsə, qələt edir. Bizdə standart menyudur, qiymətlər hamıya eynidir. 4-5 ildir ərəblərlə işləyirik, nə oldu, indi problem çıxdı? Kabablar, yeməklər hamıya eyni qiymətdir. Ola bilsin qəlyanda 5 manat fərq olsun. Hamıya 10 manatdırsa, ərəblərə 15 manata veririk. Çünki onlar fərqli tütündən hazırlanmış qəlyan sifariş edirlər. Biz də həmin tütünü xüsusi sifariş edib gətizdiririk. Həmin tütün bahadır. Bu qiymət fərqi ərəbə görə deyil, tütünə görədir".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 483 24.07.19 14:10