Azərbaycanda narkotiklərlə mübarizə üzrə yeni mərkəz yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycanda narkotiklərlə mübarizə üzrə yeni mərkəz yaradılır

Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə cari ilin sonunadək narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzi yaradılacaq.

Mərkəzin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 22-də təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulub.

Mərkəzin yaradılması üzrə məsul qurumlar qismində Azərbaycan Nazirlər Kabineti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu çıxış edir.

Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla operativ qaydada əlaqələndirməni təmin etmək üçün 2019-cu ilin sonunadək “Qaynar xətt” rabitə əlaqəsinin yaradılmasını nəzərdə tutur.

Dövlət Komissiyasının işçi qrupu, eləcə də müxtəlif orqanlar (strukturlar) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın son 5 ildə vəziyyətini, dinamikasını, latentliyini hərtərəfli təhlil etməli və müvafiq tədbirlər görməlidir. Dövlət Proqramı narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılmasını, reabilitasiya mərkəzlərinin yaradılmasını da nəzərdə tutur.

Ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına əsasən, Dövlət Komissiyasının işçi qrupunun səlahiyyətlərinə, həmçinin hər il yanvarın 30-dək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabatın hazırlanması daxildir.

Dövlət Proqramının müddəalarının qüvvədə olduğu dövrdə müxtəlif dövlət strukturları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verməlidir.

Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması nəzərdə tutulub.

Dövlət Proqramının müddəalarına əsasən, müvafiq dövlət strukturları narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər görməlidir. Tədbirlər planı sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanmasını da nəzərdə tutur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            943 23.07.19 19:05