Altı ayda dörd dəfə heyvanları oğurlandı: Oğru tapılmır - VİDEO
Lənkəranda Şilim kənd sakininin son altı ay ərzində dördüncü dəfədir ki, mal-qarası oğurlanır.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, örüş sahəsində 1500 manat dəyərində olan iribuynuzlu heyvan oğurlanıb.
Kənd sakini Bəylər İsmayılova məxsus tövlədə oğurluq hadisələri bir-birini əvəz edir. Sonuncu hadisə zamanı oğurlanan heyvan tapılandan iki gün sonra yenə oğurlanıb.
Qeyd edək ki, ayrı-ayrı vaxtlarda B.İsmayılovun tövləsindən ümumilikdə dörd qoyun və bir inək oğurlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!