Oğurluqda şübhəli bilinən Şəmkir şəhər sakinləri saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 28-də rayon sakini V.Qələndərova məxsus 5500 manat pulu cibindən oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Musayeva və A.Abbasov saxlanılıblar.