Yol polisi Bakıda yarım milyonluq maşın saxladı - 99 HJ 999 (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Yol polisi Bakıda yarım milyonluq maşın saxladı - 99 HJ 999 (FOTO)

Sürücü sərxoş vəziyyətdə olsa da yol polisindən bağışlanmasını istədi amma...

Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir. Gecə saatlarında davam edən reyd zamanı bir qədər əvvəl ( 22:00) Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb.

Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.

Sürücü yol polislərinə deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maçınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib.

Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
///Avtosfer.az





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 747 20.07.19 15:44