Tovuzda Əsrik istirahət mərkəzində faciə baş verib.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Əsrikdə istirahət edən Tovuz rayon sakini 1991-ci il təvəllüdlü İmanov Səbuhi Mübariz oğlu 40 metr hündürlükdəki qayadan yıxılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri cəlb olunub və zərərçəkmiş oradan çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.