Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.//ölkə.az