Quba rayonunun Cimi kəndində iki azyaşlını sel aparıb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, azyaşlı uşaqlar çayın kənarında oynayarkən qəfil sel gəlib. Nəticədə 3 yaşlı oğlanı xilas etmək mükün olmayıb.
5 yaşlı qızı isə Dəyanət adlı 5-ci sinif şagirdi xilas edib. Qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.