Azərbaycanda köhnə və dizellə işləyən maşınların istifadəsi qadağan ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |     18:22 “Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”  |     18:20 “Semeçka”nın bu faydalarını bilirdinizmi?  |     18:18 Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı  |     18:13 İsrail 200 fələstinli məhbusu azad edib  |     18:12 Hər an dəhşətli hadisə ola bilər: Oğuzda təhlükə dolu məktəb - VİDEO  |     18:11 Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu  |     18:11 Sumqayıtda ağaclar obyekt tikintisi üçün kəsilir? - VİDEO  |     18:09 İranda qar uçqunu nəticəsində qadın alpinist həlak olub  |     18:09 Hikmət Mirzəyev Türkiyə - Suriya sərhədində olub  |    

Azərbaycanda köhnə və dizellə işləyən maşınların istifadəsi qadağan ediləcək

Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Median.Az
“fed.az”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir.

O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.

R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır:

“Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır.

Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 858 23.05.19 14:42