Ayna Sultanovanın heykəli götürüləcək? – RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

Ayna Sultanovanın heykəli götürüləcək? – RƏSMİ AÇIQLAMA

Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb.

Median.Az "modern.az”a istinadən xəbər verir ki, parkda yenidənqurma işlərinin ləngiməsi bu ərazidə yaşayanları da narazı salmışdı.

Nəhayət Ayna Sultanova parkı ilə bağlı "buzlar əriməyə” başlayıb. Son günlər burada canlanma müşahidə olunmaqdadır. Bununla yanaşı, Ayna Sultanovanın heykəlinin götürüləcəyi barədə də söz-söhbət gəzir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətidən verilən açıqlamada qeyd edilir ki, parkda ağacların kəsilməsi ilə bağlı son günlər yayılan xəbərlər əsassızdır:

"Ağaclar kəsilmir, sadəcə olaraq budanır. Park təmir olunan zaman orada yeni dekorativ ağaclar da əkiləcək”.

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib:

"Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub.

1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 798 03.05.19 13:14