Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq

Bu gün Bakıda Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minalarla mübarizə üzrə ekspertlərini bir araya gətirən ilk tədbir keçirilib.

Aİ əlavə 10 milyon avro ayıracaq və humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına kömək edəcək, bununla da Azərbaycanda minatəmizləmə prosesinə dəstəyi gücləndirəcək.

Bu təşəbbüs COP29 ərəfəsində ölkədə humanitar minatəmizləməni dəstəkləmək üçün Aİ-nin daha geniş səylərinin bir hissəsidir.

Bu məqsədlə bu gün Aİ-nin Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində ANAMA-nın təşkil etdiyi ilk seminar ittifaqa üzv dövlətlər və tərəfdaşlarından olan ekspertlərlə qabaqcıl təcrübələrin, əldə edilmiş biliklərin və innovativ həllərin mübadiləsi üçün platforma təklif edir.

Seminar çərçivəsində Sloveniya və Bosniya və Herseqovinadan olan ekspertlər strateji planlaşdırma, minalarla mübarizədə gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşüblər.

Aİ Azərbaycana ölkədəki mina problemini həll etmək üçün maliyyə dəstəyini artırmağı planlaşdırır. Bununla əlaqədar 2024-2025-ci illər üçün proqram çərçivəsində əlavə 10 milyon avronun ayrılması nəzərdə tutulur.

Bu kontekstdə bugünkü tədbir regionda bilik mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına və fəaliyyətə başlamasına dəstək məqsədi daşıyan tədbirlər silsiləsindən birincisidir. ANAMA tərəfindən idarə olunan Mərkəzin ixtisaslaşmış təlim bazalarına, tədqiqat və təkmilləşdirmə imkanlarına malik olacağı və minalardan təmizləmə sektorunda ən son texnika və texnologiyalara yönəlmiş milli və beynəlxalq kadrlar üçün təlim proqramları təklif edəcəyi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 25.06.24 22:27