“Azərkosmos”un vəzifələri artırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb  |     18:57 Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib- VİDEO  |     18:46 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü  |     18:29 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü - VİDEO  |     18:12 Müqtəda əs-Sədr İraqda üçgünlük matəm elan edib  |     18:03 Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb  |     17:46 "Avtoşluq" edib videosunu yayan şəxs saxlanıldı  |     17:25 Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     17:08 Qaxda qəza: Motosiklet sürücüsü öldü  |     16:48 Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ  |     16:38 Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq  |     16:29 Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb  |     16:27 Biləcəridə yanan obyekt parket müəssisəsidir  |     16:15 "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" dəyişib  |     16:13 Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi  |     15:54 Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı  |     14:21 Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA  |     14:10 Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var  |     14:07 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var  |     14:06 Daxili İşlər Nazirliyindən ƏMƏLİYYAT - 22 kiloqram narkotik aşkarlandı  |    

“Azərkosmos”un vəzifələri artırılıb

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qurum milli kosmik operator funksiyalarını həyata keçirən publik hüquqi şəxsdir.

Həmçinin “Azərkosmos”un fəaliyyət istiqamətləri genişləndirilib:

- kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti həyata keçirmək,

- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair qəbul etdiyi məlumatları “Ay və digər səma cisimləri 2 də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim etmək,

- “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqeləri, onlarla əlaqədar radiotezlikləri, habelə peyk şəbəkələrini Nazirliklə birgə koordinasiya etmək,

- Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək,

- Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Nazirlik tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulunu həyata keçirmək,

- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin (mülkiyyətçisinin təmin etdiyi) müvəqqəti idarə edilməsini həyata keçirmək,

Bununla yanaşı, qurumun vəzifələri sırasında kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması üçün tədbirlər görmək yer alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 25.06.24 21:51