Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:08 Qaxda qəza: Motosiklet sürücüsü öldü  |     16:48 Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ  |     16:38 Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq  |     16:29 Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb  |     16:27 Biləcəridə yanan obyekt parket müəssisəsidir  |     16:15 "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" dəyişib  |     16:13 Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi  |     15:54 Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı  |     14:21 Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA  |     14:10 Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var  |     14:07 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var  |     14:06 Daxili İşlər Nazirliyindən ƏMƏLİYYAT - 22 kiloqram narkotik aşkarlandı  |     14:04 Tozlu hava şəraiti nə qədər davam edəcək?  |     13:57 SAXAL "Hizbullah" lideri Həsən Nəsrullahın öldüyünü rəsmən elan etdi  |     13:55 Milli Parkın ərazisində brakonyerlik edən şəxs saxlanıb  |     13:52 Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb  |     13:41 Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb  |     13:38 COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir  |     13:37 Şirvanda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB  |     13:34 Yaponiyada yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər  |    

Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA

Spirtli içkilər toy məclislərinin və şənliklərin olmazsa-olmazıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də toy süfrələrinin əsas bəzəyi elə məhz belə içkilərdir.

Bəzi adamlar iddia edir ki, toyda şənlənməyin yolu elə içməkdən keçir. Ancaq içki məclisdə iştirak edən qonaqları həmişə şənləndirmir. Bu nüans bəzən toyda şiddətli davaların yaranmasına rəvac verir. Bu səbəbdən zaman-zaman belə bir təklif gündəmə gəlir ki, spirtli içkilər toylarda qadağan olunmalıdır. Ancaq sözügedən təkliflə razılaşmayanlar da az deyil. Fikrə müxalif olanlar iddia edir ki, əgər toyda içki olmasa, iştirakçıların da sayı gözlə görünən qədər azalacaq.

BAKU.WS xəbər verir ki, əməkdar artist Ağalar Bayramov "Yeni Sabah"a açıqlamasında sözügedən mövzuya belə münasibət bildirib:

"Toy məclislərinin bəzəyi yeyib-içmək, şənlənməkdir. Dini toylarda iştirak etmişəm. Həmin məclislər çox soyuq keçir, şən olmur. Qonaqlar foyedə oturur, bir az iştirak edib sonra məclisi tərk edirlər. Süfrədə içki olmayan toylarda qonaqlar masanın altında içki gizlədir və xəlvətcə ondan içirlər. Bunu ev yiyəsi də bilir. Ad da o olur ki, həcidir, kərbəlayidir deyə içki vermir. Hamı yaxşı bilir ki, stolun altına qoyub içirlər. Bunu milyon dəfə görmüşəm, dəfələrlə olub".

Tanınmış qiraətçi təkliflə razılaşmadığını qeyd edib:

"Araqsız toy olar? Mən bu təklifi ilk dəfədir ki, eşidirəm. Ağlı başında olmayan adamın içkili yaxud ayıq olmağının həmin məsələyə aidiyyatı yoxdur. Çünki ağlı başında olmayan adam hər iki vəziyyətdə içindəki niyyətini ortaya çıxaracaq. Elə adam var ki, içəndə daha kövrək olur. Ancaq eləsi də var ki, içindəki xəbislik aşkara çıxır. Nəşə çəkənlər kimi, keçmişi yada salır. İçkinin hər adama təsiri fərqlidir. O qədər tanışlar var, içənə qədər sakit görünür, sonra əjdahaya dönür. Bütün bunların hamısı insanın xarakterindən irəli gəlir. Mən, Ağalar Bayramov, gözümü açandan içkidən istifadə etmişəm. Ancaq bir adam deyə bilməz ki, içib kiminsə qəlbini qırmışam, çaşıb səhv danışmışam və s. Bunu heç kim deyə bilməz. Bir nəfər belə... Deməli bu, mənim daxilimdən asılıdır.

İçki olmasın və s. deyilənlərin hamısı boş söhbətdir. Sadəcə hər şey qədərində olanda gözəl olur. Nizavi Gəncəvi demişkən, suyun belə çoxu ziyandır. Yeməyi də həddən artıq qəbul edəndə mədəyə ağırlıq verir, fəsadlar ortaya çıxır. Hər şeyin norması var. Mənim məsələyə münasibətim belədir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            75 28.09.24 14:21