Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |    

Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo xəbər verir ki, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini zəbt etməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov işlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

Əldə etdiyimiz məlumata görə, Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib. Şikayətə baxılma müddəti hələ ki, müəyyənləşməyib.

Məlumat üçün deyək ki, bu qalmaqal birinci instasiya kimi Xızı Rayon Məhkəməsində araşdırılıb. Prosesdə Nazim Əmirov iş üzrə iddiaçı, Abel Məhərrəmov və xanımı Rəhimə Mahmudova isə cavabdeh qismində iştirak edib. Məhkəmə polkovnik-leytenantın iddiasını təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qəarını qüvvədə saxlayıb.

Nazim Əmirov iddiasında bildirib ki, Abel Məhərrəmov Altıağaca qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmn ərazidə özünə dəbdəbəli villa tikib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 28.09.24 16:38