Mojo.az Banner
19:03 Bərdədə kişi kanalda boğulan qızını xilas edərkən öldü  |     18:58 Azərbaycanın Təbrizdəki yeni baş konsulu fəaliyyətə başlayıb  |     18:43 Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri və ifadəsi - Video  |     18:41 Ağdərədə mal-qara otaran şəxs minaya düşdü  |     18:37 Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi 170 sm-dən 160 sm-ə endirilib - QƏRAR  |     18:36 "Aristokrat" klinikasında qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA (Video)  |     18:10 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:54 Bakıda daha bir minib-düşmə yeri yaradıldı  |     17:43 Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı  |     17:36 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 800 nəfəri keçib  |     17:27 İcra başçısı psixoloqu işdən çıxardı  |     17:15 Rusiya məhkəməsi Yekaterinburqda saxlanılan azərbaycanlını həbs etdi  |     17:02 Altay Göyüşovun cinayət işi üzrə istintaq başa çatıb  |     16:34 Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? - Körpüdə çatlar yaranıb... (VİDEO)  |     16:23 Yüzlərlə saxta sahibkarlıq subyekti qeydə alınıb: Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ (Video)  |     16:07 Azərbaycan Kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli oldu  |     15:55 Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir  |     15:50 Donetsk vilayətində Ukrayna döyüşçüləri mövqeyə nəzarəti bərpa etdilər  |     15:40 Anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu  |     15:26 MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı  |    
Left Banner
Right Banner

Yol polisi sürücülərə xəbərdarlıq etdi

17.04.2019 11:35 2 397
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Səhər saatlarında yağışlı hava şəraiti ilə əlaqədar yollarda tıxac və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daha bir hadisə isə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri diqqətli olmağa çağırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülərə yollarda qeyd edilən sürət həddini aşmamaq tövsiyə edilir:

“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.

Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər. Xüsusilə paytaxtın enişli-yoxuşlu, sərt döngələrində sürücüləri daha diqqətli olmağa səsləyirik”.скачать dle 11.3