Mojo.az Banner
16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı

03.12.2025 17:43 402
Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı
Bakıda reabilitasiya müəssisəsində dava olub.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Zabrat-Pirşağı yolunda yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydə alınıb.

Yaşayış yerləri olmadığı üçün burada qalan iki şəxs arasında kondisionerə görə dava düşüb. Belə ki, 67 yaşlı Nicat Rüstəmov gecə saatlarında kondisionerin səsindən onun nasaz olduğunu düşünüb və cihazı söndürüb. Onun otaq yoldaşı isə yuxudan oyanıb, Nicatın kondisioneri söndürməsinə əsəbiləşib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf Nicata "erməni" deyib. Bu söz onun xoşuna gəlməyib və otaq yoldaşının sinəsində oturaraq sifətinə iki-üç dəfə yumruq zərbəsi vurub. Nəticədə zərərçəkənin burnu sınıb və digər xəsarətlər alıb.

Bu əməlinə görə Nicat Rüstəmov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Nicat Rüstəmov ifadəsində otaq yoldaşını sırf "erməni" sözünə görə vurduğunu və əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə görə hər ikisini sığınacaqdan xaric ediblər.

Zərərçəkən şəxs isə Nicatla barışmaq fikrində olmadığını və ona, ağır olmasa da, cəza verilməsini istəyib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Nicat Rüstəmov barəsində bir il bir ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner