Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Donetsk vilayətində Ukrayna döyüşçüləri mövqeyə nəzarəti bərpa etdilər

03.12.2025 15:50 450
Donetsk vilayətində Ukrayna döyüşçüləri mövqeyə nəzarəti bərpa etdilər
Donetsk istiqamətində Ukraynanın xüsusi təyinatlıları rus işğalçıları qrupunu məhv edərək mövqeyə nəzarəti geri qaytarıblar.

Qaynarinfo xəbər verir ki, Xüsusi Əməliyyat Qüvvələrinin məlumatına https://t.me/ukr_sof/2284 görə, birbaşa əməliyyat zamanı SSO döyüşçüləri düşmənlə yaxın məsafədən döyüşə giriblər.

Hərbçilərin bildirdiyinə görə, ilk təmas dərhal nəticə verib — bir işğalçı zərərsizləşdirilib. Daha iki rusiyalı hərbçi mövqeni yandan dolanmağa cəhd göstərsə də, vaxtında aşkar edilərək məhv edilib.

"Daha irəliləyiş zamanı SSO qrupu bir işğalçını da məhv edib. Onun cəsədi yoxlanarkən, həmin şəxs əvvəlcədən altına yerləşdirdiyi qumbaranın partlaması baş verib. Döyüşçülərimiz operativ reaksiya göstərərək itki verməyiblər. Eyni zamanda örtük altqrupu da düşmənin dəstək qrupuna daxil olan bir rusiyalı hərbçini "mənfi” edib”, – deyə SSO məlumat verib.

Əməliyyatın nəticələri: 5 işğalçı məhv edilib, mövqeyə nəzarət bərpa olunub, düşmənə məxsus sənədlər, rabitə vasitələri və digər mühüm trofeylər ələ keçirilib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna dəniz piyada bölmələri Dnepropetrovsk vilayətinin Mejevsk icmasına daxil olan İvanivka kəndinin uğurlu təmizlənməsi zamanı 19 rus hərbçisini əsir götürmüşdülər.

Həmin şəxslərin hamısı Rusiya Silahlı Qüvvələrinin 90-cı tank diviziyasının tərkibindəki 228-ci hücum alayında xidmət edirdilər. Videolarda işğalçılar bu bölməyə aidiyyəti olduğunu təsdiqləyir və ad-soyadlarını açıqlayırlar. Eyni əməliyyat zamanı dəniz piyadaları 53 işğalçını məhv ediblər.

Eyni zamanda NATO-nun yüksək vəzifəli rəsmisi bildirib ki, rus qüvvələri Pokrovsk şəhərinin 95 faizindən çoxuna nəzarət edir. O qeyd edib ki, hazırda Ukrayna şəhərdən qoşunlarını təşkilatlanmış şəkildə geri çəkir.

Rəsmiyə görə, əgər Pokrovsk tam ələ keçirilsə, Rusiya şəhərdən logistika mərkəzi kimi istifadə edəcək və Donetsk vilayətində digər şəhərlərə hücum üçün dayaq meydançası kimi quracaq.скачать dle 11.3
Mojo.az Banner