Mojo.az Banner
21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |     20:47 Sabah 31 dərəcə isti olacaq  |     20:41 Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı  |     20:34 Bakıda körpü təhlükə saçır - Video  |     20:29 Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - Video  |     20:20 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     20:15 Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - Video  |     20:08 BDYPİ sürücülərə məcburu dayanma ilə bağlı müraciət etdi  |     20:00 On Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib  |     19:55 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir  |     19:39 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA  |     19:33 Bakıda WUF13 Festivalına yekun vuruldu  |     19:28 Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb  |     19:19 "TikTok"da ipoteka vədi ilə vətəndaşı aldadan maklerə hökm oxundu  |     19:07 Bakıda bir neçə nəqliyyat şirkətinin vergi borcu üzə çıxdı - MƏBLƏĞ  |     19:02 354 kq heroinin dövriyyəsini təşkil edən Hindistan vətəndaşı Bakıda saxlanıldı  |     18:57 "Qremmi" mükafatının təqdimat tarixi açıqlandı  |    
Left Banner
Right Banner

Daha 15 dövlət müəssisəsi özəlləşdirilib

16.04.2019 22:07 1 946
Daha 15 dövlət müəssisəsi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib. Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunmuş dövlət əmlakının ümumi faydalı sahəsi 28.6 kv.m-dir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirilib. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125.2 kv.m-dir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.

Budəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki, hərracda 10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilib. Buraxılış ili 2007 olan "Nissan Sunny" markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunub. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 min 200 manata yüksəldib. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də "Mercedes Benz" markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. "Mitsubishi", "Hyundai", "Nissan" və "BMW" markalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 min 500 manat ilə 11 min 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.//Baku.wsскачать dle 11.3
Mojo.az Banner