Bakı-Qazax avtomagistralında piyadanı avtomobil vuraraq öldürüb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Mədətov Mahir Rəsi oğlun idarə etdiyi avtomobillə piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.
Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.