74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu məqsədlə 10.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 11-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.//Sputnik.az