Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncamla Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Məlumatı Bizimyol.info-ya Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirliyindən təsdiq ediblər.
Xatırladaq ki, Rəşad Xudiyev bu vəzifəyə 2017-ci ilin noyabrında təyin olunmuşdu.