Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub.
Median.Az report-a istinadən verdiyi xəbərə görə hadisə Veravul çayında qeydə alınıb.
İlkin məlumata görə, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.