Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu – VİDEO

Avtobus sürücüləri kobut qayda pozuntusuna yol verirlər. Söhbət paytaxtın Məzahir Rüstəmov ilə Neapol küçələrinin kəsişməsindən gedir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, həmin hissədə yol nişanı sağa əmr etsə də avtobus sürücüləri sola dönür. Rəsmi qurumlardan isə bildirilib ki, əraziyə nəzarət gücləndiriləcək.

Yol nişanı sağa dönməyi əmr etsə də, sərnişin avtobusları buna əməl etmir.

Bura Bakının Məzahir Rüstəmov küçəsi ilə Neapol küçəsinin kəsişməsidir. Kəsişmədəki yol nişanının tələbi birmüddətdir ki,36, 40 və 46 nömrəli avtobuslar tərəfindən pozulur.

Avtobus sürücülərinin bu hərəkətinə sərnişinlərin münasibəti birmənalıdır.

Məsələ ilə bağlı avtobusların aid olduğu daşıyıcı şirkətlərlə əlaqə saxladıq.

Bildirildi ki, vaxtı ilə həmin ərazidə avtobusların sağa dönməsinə icazə verən yol nişanı olub. ancaq sonradan aparılan təmir-bərpa işləri ilə əlaqədar həmin nişan çıxarılıb və yerinə qoyulmayıb. Nişanın yenidən həmin əraziyə qoyulması üçün aiddiyyatı qurumlara müraciət ediləcək

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobus sürücüləri həmin hissədə hərəkət sxemindən kənara çıxırlar.Tezliklə ərazidə qısa araşdırma aparılacaq və lazimi tədbirlər görüləcək.

Bakı şəhər baş dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, avtobus sürücüləri ərazidə nəzarət kameralarının olmamasından istifadə edərək belə qayda pozuntusuna yol verirlər.

Baş İdarə tərəfindən aidiyyatı rayon dövlət yol polis şöbəsinə məlumat veriləcək və həmin ərazidə nəzarət gücləndiriləcək. Növbəti dəfə qanun pozan sürücülərinzibat məsuliyyətə cəlb ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 856 12.03.19 16:36