Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Median.Az Modern.az-a istinadən xəbər verir ki, artıq yeni yaradılan şöbəyə təyinat da olub.
Bu vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən AzTV-nin mətbuat katibi vəzifəsinin icrasına başlayıb.