Bomba həyəcanı ilə Bakıya enən təyyarə Moskvaya yola salındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Bomba həyəcanı ilə Bakıya enən təyyarə Moskvaya yola salındı

Dünən Bakıya təcili eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvaya yola salınıb.

Bu barədə oxu.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, təyyarə Bakı vaxtı ilə saat 10:40-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Qeyd edək ki, dünən baş verən insident zamanı təyyarənin göyərtəsində sərnişinlər tərəfindən çəkilən görüntülər yayılıb.

Xatırladaq ki, mart ayının 11-i saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarənin salonunda partlayıcı vasitə olmasına dair yazı aşkar edilib. İnsident zamanı ekipaj üzvləri daxil olmaqla, hava gəmisində 225 nəfər olub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 022 12.03.19 12:46