Sərxoş azərbaycanlı təyyarədə dava saldı - FOTO/VİDEO
Rusiya “Aeroflot” hava yolları şirkətinin həyata keçirdiyi Orenburq-Moskva aviareysindən azərbaycanlı sərnişin düşürülüb.
Bu barədə həmin hava reysi ilə uçan RF Dövlət Dumasının deputatı Yuri Mişeryakov öz “Instagram” səhifəsində məlumat yayıb.
Deputat, iddiaya görə, göyərtədə asayişi pozan sərnişinin saxlanılmasını əks etdirən bir neçə fotoşəkil paylaşıb.
Onun yazdığına görə, təyyarə uçuşa hazırlaşan vaxt azərbaycanlı sərnişin spirtli içkinin təsiri altında dava salıb.
Polis və aviaşirkət təyyarədə baş verən insidentə hələlik şərh verməyib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!