Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.
Bu barədə TASS-a şirkətdən məlumat verilib.
“Hadisə xüsusi xidmət orqanları tərəfindən araşdırılır. Bütün sərnişinlər mehmanxanalara yerləşdiriləcək. Onlar martın 12-si saat 10:00-da həmin təyyarə ilə Moskvaya yola düşəcəklər”, - deyə şirkətdən bildiriblər.
Bu gün Rusiyanın Bakıdakı səfirliyi də ilkin araşdırmalar zamanı təyyarədə partlayıcının olmaması barədə məlumat yayıb.
Xatırladaq ki, hava gəmisinin qəza enişinə səbəb – təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.Bomba xəbərini verən şəxs həbs edilib. Onun təyyarənin ayaqyolunda bomba yazısı olan qeydi yerləşdirdiyi bildirilib. Şübhəli şəxsin Rusiya vətəndaşı olduğu bildirilib.
Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.