Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib.
Bildirilib ki, martın 11-də Bakı – Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.
Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.
Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.
Məlumatlar yeniləndikcə əlavələr ediləcək.
* * * * *
Rusiyanın “Ural hava yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.
Bununla bağlı təyyarədə olan sərnişinlərdən biri məlumat verib.
“İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan “Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib”, - məlumatda bildirilib.
Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.
Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.