Atatürk parkında yenidənqurma işləri zamanı məlum oldu ki, parkın ortası ilə böyük bir boru keçir, sızma var.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
E.Əzizovun sözlərinə görə, “Azərsu” ASC problemin aradan qaldırılması istiqamətində işlər görür.
“Bu problemlər aradan qaldırılandan sonra işlər davam etdiriləcək”, - deyə o bildirib.