Əhaliyə qaz və elektriklə bağlı sevindirici XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Əhaliyə qaz və elektriklə bağlı sevindirici XƏBƏR

Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, "ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.

Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.

Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.

Milli Məclisin Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: "Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da "Yeni Müsavat”a danışarkən vurğuladı ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar: "Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün daha çox peçlərdən istifadə olunur, nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər. Yaxşı olardı ki, Tarif Şurası da dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb: "Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur. Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var. Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da sahibkarlığın daha geniş inkişafına səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 421 08.03.19 22:14