Bərdədən Zərdaba dərsə gedən şagird - Əlinin məktəb yolu Kür çayından keçir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Bərdədən Zərdaba dərsə gedən şagird - Əlinin məktəb yolu Kür çayından keçir

Bərdədə müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətov yaşadığı ərazidən təxminən 5 km. aralıda yerləşən Zərdab rayonunun Xasa kənd ümumi orta məktəbində oxuyur.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, 5-ci sinif şagirdi olan Əli təhsilini davam etdirmək üçün bütün əziyyətlərə qatlanır. O, hər səhər velosipedlə Kür çayının kənarına gəlir, qayıqla qarşı tərəfə keçərək dərsə yollanır.

Onun dərslərə olan marağı sinif yoldaşlarını da həvəsləndirir.

Küləkli havalarda Əli çayı keçib dərsə gedə bilməyəndə müəllimləri ona əlavə məşgələlər təyin edir. Bununla da o, dərs proqramından geri qalmır.

Əlinin uğurlarında oxuduğu məktəbin rəhbərliyinin də payı var. Hər gün Kür çayını keçdiyi qayığı məhz Xasa kənd orta məktəbinin rəhbərliyi onun üçün düzəltdirib. Qayığı sürməyi bacaran qadın isə hər gün şagirdə kömək edir, çayın o tərəfindən bu tərəfinə keçirir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 323 07.03.19 22:14