Dörd regional meşə direktoru işdən çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Dörd regional meşə direktoru işdən çıxarıldı

Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini vəzifədən uzaqlaşdırmışıq.

Oxu.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Hər bir qurum özünə hörmət əlaməti olaraq o ağacı əkirsə, onun qulluğunda durmalıdır. Naxçıvanda belə bir praktika var, hər qurumun bəlli yeri var ki ora gedərək qulluq göstərirlər. Bir neçə meşə girişində bu halları görmüşük.

Əfsuslar olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq. Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var”.

Nazir müavininin sözlərinə görə, vandalizm halları baş verir ki, bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil:

“Nazirliyin imkan yoxdur ki, hər ağacın altına bir əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik.

Oğuz rayonun Calud kəndi, Buxaz kəndlərində kömürbasdırma geniş yayılıb. Orda yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar axı. Qəbələ rayonunun Həmzəli kəndində peşəkar meşə qırmaqla məşğul olan adam var. Biz onu cərimə etsək də, əməlindən əl çəkmir.

Araşdırma aparmışam ki, Calud kəndində 55 markalı nömrəsiz maşınlar var ki, onlar ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq kəndi var, Masallıda Yelağac kəndləri qanunsuz şəkildə ağacdan istifadə edib kömürbasma ilə məşğul olurlar.

Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz etimadı doğrultmadı.Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına məlumat veririk”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 274 07.03.19 18:07