Azərbaycanda heyvanlar “fermadan süfrəyədək” izləniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Azərbaycanda heyvanlar “fermadan süfrəyədək” izləniləcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.

Bununla bağlı AQTA məlumat yayıb.

Bildirilib ki, heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq.

Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər.

Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan bruselyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. Həmçinin, müalicə və profilaktika məqsədi ilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaric olma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü təyin edilir.

Qeyd olunan proseslərin idarə olunması üçün bugünədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 386 07.03.19 12:08