Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı, general Cozef Danforda 16 medalyondan ibarət dəst və Vasili Blajenni məbədi və Kremlin təsvir olunduğu rəsm hədiyyə edib.
Bu barədə Lenta.ru məlumat yayıb.
ABŞ dövlət departamentinin amerikalı rəsmilərə ölkə xaricində verilən hədiyyələrlə bağlı hesabatına əsasən, medalyon dəsti və rəsm tablosu ümumilikdə 400 dollar dəyərində olub. Gerasimovun Danforda hədiyyələri onların Bakıda baş tutan ilk görüşündə - 2017-ci ilin fevralında təqdim etdiyi bildirilir.
Sənəddə qeyd olunur ki, Danford hədiyyəni verəni pərt etməmək və Birləşmiş Ştatlar hökumətini çətin vəziyyətdə qoymamaq üçün ondan imtina edə bilməyib.