Yanan yataqxananın sakinlərinə yeni evlər veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Yanan yataqxananın sakinlərinə yeni evlər veriləcək

Martın 5-də Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar hökumət rəsmiləri hadisə yerində olub, həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.

Yanğın zamanı həyatlarını itirən şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi dövlət tərəfindən təşkil edilib.

Zərərçəkənlərlə görüşən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, tamamilə yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb. Yataqxanada məskunlaşan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd edilib ki, artıq siyahıyaalma aparılıb. Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən xəsarət alan 8 nəfər dərhal xəstəxanaya aparılıb.

Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev həyatını itirib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək və müvafiq hüquqi addımlar atılacaq. (AzərTac)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 502 06.03.19 23:53