Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.
Median.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.
Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.