Azərbaycanda ilk: 231 ailə nəhəng kooperativ yaratdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |    

Azərbaycanda ilk: 231 ailə nəhəng kooperativ yaratdı

Sabirabad rayonunun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında martın 1-də Sabirabad rayonun Axısxa kəndinin ərazisində “Sabirabad rayonu axısxalılar toxum istehsal kooperativi” yaradılıb.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Axısxa kəndinin vətəndaşlarına ümumilikdə 1084 ha torpaq sahəsi verilib. Yeni yaradılmış kooperativ ümumilikdə 709 nəfərdən ibarət 231 ailəni birləşdirir. Kooperativ üzvlərindən 346 nəfəri kişi, 363 nəfəri qadındır. Kooperativin sərəncamında ümumilikdə 730 hektar torpaq sahəsi var.

Qeyd edək ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıblar. Kooperativin ümumi sahəsi 850 hektardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 418 01.03.19 12:06