Yerdə çox güclü maqnit qasırğası başlayıb: Təsirləri və qorunma yolları » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |    

Yerdə çox güclü maqnit qasırğası başlayıb: Təsirləri və qorunma yolları

Bu günlərdə meteohəssas insanlarda narahatlıq yarana bilər. Çünki, yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. Martın 2-dək davam edəcək qasırğa sağlam insanların da səhhətində narahatlıq yarada bilər.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.

Beynəlxalq hava mərkəzlərinin məlumatına görə, təbiət hadisəsi martın 2-dək davam edəcək. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, geomaqnit qasırğası Günəşdə gedən proseslərdən biridir və periodik olaraq daim davam edir.

Qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək. Ənvər Əliyevin sözlərinə görə, yerin maqnit sahələri onları əks qüvvə ilə lokallaşdırır. Lakin Günəş küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Həkimlər bildirir ki, bu halda həmin insanlar dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Müalicə almayan xəstə insanlar isə narahatlıq hiss etdikdə həkimə müraciət etsin. Geomaqnit qasırğası sağlam insanların da səhhətində narahtlıq yarada bilər. Mütəxəssislər həmin günlərdə açıq havada çox gəzməməyi, evdə olduqda isə pəncərləri bağlı saxlamağı məsləhət görür. Geomaqnit qasırğası səbəbindən peyk rabitəsi və naviqasiya sistemlərində də müəyyən texniki nasazlıqların baş verməsi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 927 28.02.19 23:13