“Qobustan palçıq vulkanları” geoloji parkı yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |    

“Qobustan palçıq vulkanları” geoloji parkı yaradılır

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bununla bağlı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən yeni əlavəyə əsasən, geologi parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

Qeyd edək ki, Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişikliklərin qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən "Qobustan palçıq vulkanları" geoloji parkının yaradılması nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 28.02.19 23:00