Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlar üçün yeni sayt istifadəyə verəcək.
Bu barədə DGK-nın “Azərterminalkompleks” Birliyinin broker işinin təşkili şöbəsinin rəisi Anar Şükürov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.
O bildirib ki, saytın əsas məqsədi qısa idxal bəyannamələrinin onlayn tərtibatını, həmçinin idxal-ixrac əməliyyatlarında bəyannamələrin onlayn tranzit sisteminin daha dəqiq işləməsini təmin etməkdir: “Eyni zamanda, bu sayt vasitəsilə “Azərteminalkompleks”ə aid ödəmələrin daha rahat və şəffaf həyata keçirilməsi mümkün olacaq. Yeni sayt yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək”.