Azərbaycanda 35 yaşı tamam olan şəxslərin gənclər təşkilatlarının üzvü olması qadağan edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |    

Azərbaycanda 35 yaşı tamam olan şəxslərin gənclər təşkilatlarının üzvü olması qadağan edilir

Azərbaycanda gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir.

Median.Az
Report” xəbər verir ki, bununla bağlı "Gənclər siyasəti haqqında” qanuna yeni müddəanın daxil edilməsi təklif olunur.

Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Parlamentdə qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə çıxarılanda yaş məhdudiyyətinin gənclər təşkilatlarının təsisçilərinə tətbiq edilməsi təklif edilirdi. Lakin bu məsələ narazılığa səbəb olduğundan həmin hissə dəyişiklik layihəsindən çıxarılıb.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 392 28.02.19 13:51