Mojo.az Banner
18:37 Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR  |     18:31 Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA  |     18:22 Belçika millisinin DÇ-2026 üçün yekun heyəti bilindi  |     18:02 Maksimum balı təkcə o topladı  |     17:56 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:44 Türküstan Bəyannaməsi imzalandı  |     17:26 Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik  |     17:19 Əsgəran Silah Muzeyi yaradılır  |     17:04 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ - Video  |     16:46 164 min manatlıq dələduzluq edən qadın hakim qarşısında  |     16:34 14 nəfər imtahandan qovuldu, bir nəfər maksimum bal topladı  |     16:05 Azərbaycanda neçə qadın aliment verir?  |     16:00 Qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     15:52 On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat  |     15:35 İcra başçısı müavinini bu səbəbdən işdən çıxardı  |     15:33 Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…  |     15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |    
Left Banner
Right Banner

Yol Polisindən sürücülərə təcili xəbərdarlıq: 3 ildən az təcrübəsi olanlar sürməsinlər

16.01.2019 22:14 1 838
Yol Polisindən sürücülərə təcili xəbərdarlıq: 3 ildən az təcrübəsi olanlar sürməsinlər
3 ildən az sürücülük təcrübəsi olanlar sabah sükan arxasına oturmasın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib və bəzi tövsiyələri diqqətə çatdırırb. İdarənin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücülərin nəzərinə çatdırır ki, yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar və avtomobillərin texniki sazlığına əməl etsinlər. Bundan əlavə, DYP xüsusilə, təkərlərin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edir.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək lazımdır: "Sürücülərə tövsiyyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçsinlər, zərurət olmadan ötmə əməliyyatı aparmasınlar, qəfil manevrlər və kəskin tormazlama etməsinlər”.Rüfət Quliyev sürücülərə xatırladır ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.Sonda şöbə rəisi bildirib ki, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.//qaynarinfo.azскачать dle 11.3
Mojo.az Banner