Mojo.az Banner
SON DƏQİQƏ
11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol Polisindən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

13.01.2020 13:41 2 830
Yol Polisindən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraiti ilə bağlı növbəti dəfə sürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalıdır:

“Sürət həddini hava şəraitinə uyğun seçilməli, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etmək yolverilməzdir. Sürücülər yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar”.

Şöbə rəisi qeyd edib ki, ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur:

“Həmçinin, piyadalar da hava şəraitinin nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik”.скачать dle 11.3

Son xəbərlər