Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Toyun səsi polisə çatmırsa, o rəisin qulaq “problem”i həll olunmalıdır

08.06.2018 13:01 5 213
Deputat: Toyun səsi polisə çatmırsa, o rəisin qulaq “problem”i həll olunmalıdır
Qadınların, xüsusilə, gənc qızların peşə-ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Musa Quliyev son illər Azərbaycan cəmiyyətində boşanmaların, erkən nikahların artmasına münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, erkən nikahların çoxalması bir tərəfdən xurafatın, geriqalmışlığın, qadın hüquqsuzluğunun cəmiyyətimizə meydan oxumasıdırsa, digər tərəfdən buna rəvac verən faktorların hələ də aktual olmasıdır:

“Fikrimcə, hər iki istiqamətdə mübarizə daim getməlidir. Maarifləndirmə və inzibati təqiblər paralel aparılmalıdır. Bəyəm kənddə məktəb direktoru, icra nümayəndəsi, bələdiyyə sədri görmürlər ki, kimin məktəbli qızı nişanlanıb, məktəbə gəlmir?!

Yaxud, kənddə toy olanda onun səsi rayon polis şöbəsinə gedib çatmırsa, o rəisin qulağı ilə bağlı “problem” daha güclü əl tərəfindən həll olunmalıdır.

Bizim qanunlara görə 18 yaşa çatmayan şəxslər uşaq sayılır və uşaqların taleyüklü qərarlar qəbul etmə hüququ yoxdur. Bu yaşa çatmayan qızlar mənəvi, intellektual, hətta, çox zaman fizioloji baxımdan ailə həyatına, uşaq doğub böyütməyə, tərbiyə etməyə hazır olmurlar. Bir peşə sahibi olmadıqları üçün də iqtisadi, mənəvi və hüquqi baxımdan asılı vəziyyətə düşürlər”.

M.Quliyev deyib ki, məsələnin digər tərəfi “qız yükü-duz yükü” problemidir, yəni qadınlarımızın məşğulluğu məsələsidir:

“Erkən nikahların böyük bir qismi də buradan qaynaqlanır. Qadınların, xüsusilə, gənc qızların peşə - ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir.

Peşəsi, iş yeri olan qadın ailəsinə maddi dəstək, cəmiyyətin fəal üzvü kimi söz sahibi olar, boşanarsa belə ayaq üstə durmağı bacarar. Tənzimləyici normalar və qanunlarımız kifayət qədərdir, sadəcə, onların zamanında və düzgün tətbiq edilməsi lazımdır”.

Son xəbərlər